Yaradanın bir möcüzəsi olan Dəmirçi dağının ətəklərində üzü Qara dənizə baxan səfalı bir ovalıqda Aluşta şəhəri yerləşir. Şəhər ətrafındakı bağçalar, bostanlıqlar arasında, dənizin sahilində balıqçı Rahim öz ailəsi ilə: həyat yoldaşı Hurizat xanım və üç qızı şad-xürrəm yaşamaqda idi.
Bu balaca kənd onlara xoş rəftarına, rəhmdilliyinə, əliaçıqlığına görə sevib ehtiram göstərirdi. Lakin bu ailənin nəşəsini böyüməkdə olan qızlarının evdə hər gün bir-biri ilə deyinib-döyüşməsi qaçırırdı. Yeniyetmələrin səsi ucaldıqca qonşular bu gənc valideynlərə təsəlli verir, qızlarının böyüdükcə ağıllanacağına inandırmağa çalışırdılar. Hurizat ananınsa nədənsə son vaxtlar bu gəlişigözəl sözlərə daha inanmağı gəlmirdi. Amma gənc ana qonşularının canıyananlığını görüb onların ürəyini qırmaq da istəmirdi.
Bacılar bütün günü güzgünün qabağından çəkilmirdilər. Yox, onlar güzgüdən digər yaşıdları kimi bəzənib-düzənib özlərinə baxıb tamaşa etmək üçün yox, deyinib-deyinib axırda da dalaşıb ağlamaq üçün istifadə edirdilər. Bacıların böyüyünün adı Sərvişah, ortancılınkı Gülnar, sonbeşiyinki isə Nazəndə idi. Hamısından böyük bacı Sərvişah adının əksinə, boyca bacılarının ikisindən də (balaca, yoxsa kiçik) görünürdü.
Ortancıl Gülnar isə qaraşın, çöhrəsi saf kəhr..ba rəngində xoşagəlimli bir yeniyetmə idi. Buğday.. rəngi ona sağlam, çoxlarında həsəd oyadacaq bir məlahət verirdi. Onunsa öz rəngindən zəhləsi gedirdi . Anasına: “Mən bəs niyə beləyəm, ana? Hələ adımı da Gülnar (qoydunuz, yoxsa qoymuşunuz). Kaş yanaqlarım o nar çiçəklərinə (bənzəsəydi, yoxsa bəzəyəydi),