Yerindən durmaq istəməyən müdir ağır-ağır başını qaldırıb rişxəndlə
Bunun üçün Bakıdan buraya gəlmisiniz dedi Axı Aslambəyov erməni admiralıdır Sizin axtarışınız məncə mənasızdır
Ola bilməz dedim əvvəla ona görə ki admiralın familiyası Aslambəyov deyil Aslanbəyov ola bilər İkincisi də əgər erməni olsaydı Aslanyan olardı
– Siz bunları hansı mənbədən və nəyə əsaslanıb deyirsiniz?
– O illərdə heç bir erməni familiyasında “bəy” sözü ola bilməzdi. “Bəy”, “xan” və “ağa” titulları ancaq müsəlman xalqlarına məxsusdur. Ermənilərin isə bir titulu olub - “məlik”, o da sonradan.
Təxminən on-on beş dəqiqədən sonra əlində qədimi, boz bir qovluq geri qayıdan mühafizəçi yerində oturub, bizi heç görmürmüş kimi qovluğu özü vərəqləməyə başladı. Dərin, sükutlu bu yarım?zirzəmi otaqda arabir açılan vərəqin səsi mənim intizarımı daha da artırırdı.