Ofeliya. Baxın, bu, lalədir, bu, sırğagülüdür.
Bu isə sədəfotudur. Buyurun, alın. Bir neçəsi də
mənə qalsın. Buna şəfaotu da demək olar. Ah,
siz onu sinənizə başqa cürə taxın, mənə baxma-
yın. Bu da
qızçiçəyidir. Sizə bir neçə bənövşə
də verərdim, ancaq atam öləndə hamısı solub.
Uilyam Şekspir, “Hamlet” əsərindən
Bu il Qarabağa bahar gəlmədi,
Çiçəklər açmadı, ot göyərmədi
Ağladı bənövşə, nərgiz, yasəmən,
Xarıbülbül tapdaq altda inlədi.
Ağlama, bənövşə, toxdaq ol bir az,
Ağlama, pis günün ömrü çox olmaz.
Bir gün bu torpağa əsl yaz gələr,
İgidlər hayqırıb düşməni əzər,
Bu yerlər yenə də cənnətə dönər
Üzeyirin, Pənahın ruhları da dincələr.
Ağlama, bənövşə, toxdaq ol bir az,
Ağlama, pis günün ömrü çox olmaz.
Bəhruz Axundov