Bəlli olduğu üzrə, hər bir xalqın həyatında, məişətində çoxlu bayramlar vardır. Bununla belə, bu bayramların arasında hər biri öz mərasimlərinin, ayinlərinin, oyun-əyləncə, tamaşalarının zənginliyi ilə seçilən, sevilən, məşhur olanları da var. Sözsüz ki, Azərbaycan xalqının da elliklə keçirdiyi ən gözəl bayram Novruz bayramıdır.
Baharın, yazın, bununla bərabər, həm də yeni təsərrüfat ilinin başlanması şərəfinə böyük təntənə ilə hər il keçirilən Novruz bayramı, sözsüz ki, birdən-birə başlanmır. Belə ki, qədim ulu əcdadlarımız (çevrəsindəki, əhatəsindəki) digər hadisə və proseslər kimi ilin fəsil, ay, günlərinin məzmunundakı mahiyyəti ayrıca dəyərləndirmiş, əlamətlərinə, kəsb etdikləri xüsusiyyətlərə görə onlara adlar da vermişdir. Misal üçün, fevralın son və martın ilk ongünlüyü Boz ay, aprel - leysan, may -