Canımız, gözümüzün nuru, güvəncimiz Bakı... Şəhərlərin ən istəklisi, əzizi...
Bakı bir yaşayış məskəni olaraq tarixdən öncə?ki zamanların yadigarıdır. Şəhər Bakının isə, ən azı, 2 min ildən çox yaşı var...
Dəniz yaxasında qoca bir şəhər... Köpüklü dalğalar altında bu şəhərin nə qədər sirri (görsənir, gizlənir) görəsən?
Bakını görmək, bu qeyri-adi şəhərin gözəlliyinə heyrətlənməmək mümkünmü?! Çox insanlar gördü Bakını. Bakı?da çox insanlar gördü. Hamısı heyranlıqla söz açdı, hamı sevdi Bakını...
Bakını sevməmək mümkünmü?
Qara kölgəsi Xəzərin ayna sularında (bitən, əks olunan) Qız qalası xalqımızın ləyaqətli adına ucaldılmış abidədir, saflıq və təmizlik heykəlidir!