Qadınların etnik mənsubiyyətini, ictimai və yaş fərqlərini əks etdirərək baş örtüklərində və baş bəzəklərində öz ifadəsini tapan Azərbaycan qadınlarının ənənəvi baş geyimləri orijinallığı və son dərəcə müxtəlifliyi ilə seçilirdi.
Mənbələrin sübut etdiyi kimi, Şirvan zonasında araxçını “təsək” adlandırırdılar. Lakin təsək, əsasən, yaşlı qadınların müxtəlif rəngli və ölçülü pambıq, ipək və yun parçadan olan yaylıqlarla uyğunlaşdıraraq örtdükləri baş geyimi ləvazimatı olmuşdur. Qadın təsəyi qırmızı və ya yaşıl rəng məxmərdən tikilmiş kapor (çənə altından lentlə bağlanan qadın və ya uşaq papağı) və ya ləçək növüdür.