1
Azərbaycan Respublikasının Prezidenti
Silahlı Qüvvələrin Ali Baş Komandanı-
dır.
2
Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından,
hərbi-hava qüvvələrindən və hərbi-dəniz qüvvələrindən, təşkilati
cəhətdən isə Silahlı Qüvvələrin mərkəzi hərbi idarəetmə
orqanlarından, birliklərdən, birləşmələrdən, hərbi hissələrdən,
hərbi təşkilatlardan və hərbi təhsil müəssisələrindən ibarətdir.
Silahlı Qüvvələrin ümumi strukturu və sayı Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq olunur. Silahlı
Qüvvələrin təminatı dövlət büdcəsindən ayırmalar hesabına həyata
keçirilir.
3
Silahlı Qüvvələrin yaranma tarixi
Şərqdə ilk demokratik dövlət
olan
Azərbaycan Xalq Cümhuriyyətinin
fəaliyyət dövrünə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyətinin
rəhbərliyi elə ilk günlərdən respublikanın daxilində və
xaricində olan şəraiti nəzərə alaraq Azərbaycanın müdafiəsini
təmin etmək üçün milli ordu quruculuğunun bünövrəsini qoydu.
1917-ci il dekabrın 11-də yaradılmış
Müsəlman Korpusu 1918-ci il
iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə
“Xüsusi Azərbaycan Korpusu”
adlandırıldı. 1918-ci ilin noyabrından Qafqaz İslam Ordusunun
Azərbaycanı tərk etməsindən sonra respublikanın
istiqlaliyyətinin qorunması bütünlükdə dövlət orqanlarının öz
üzərinə düşürdü. Belə vaxtda