A | Admiral |
bütün dövlətlərdə qəbul edilmiş hərbi dəniz donanmasında
yüksək rütbə |
Alabaxta | meşə göyərçini | |
Araba | iki və ya dördtəkərli nəqliyyat vasitəsi | |
Artilleriya | 1. Müxtəlif quruluşlu və ölçülü toplar. 2. Topçu qoşunu. 3. Topların quruluşu, xassəsi və hərbi əməliyyatda tətbiqi haqqında elm; topçuluq elmi | |
Ayin | 1. Qayda, qanun. 2. Dini mahiyyətdə olan mərasim; ibadət |
B | Bariz | aşkar, aydın, gözəçarpan |
Başaq | biçin zamanı yerə tökülən sünbül qırıntıları; sünbül | |
Bəxş etmək | bağışlamaq, vermək | |
Bənd | 1. Skelet sümüklərinin oynaq yerləri; buğum, məfsəl. 2. Müxtəlif hissələrdən ibarət olan şeyin hissələrini bir-birinə rəbt edən, bağlayan, bərkidən bağ və s. 3. Ümumiyyətlə, bağ, ip, düyün. 4. Ayrı-ayrı hissələrdən ibarət olan bir şeyin bir parçası. 5. Qanun məcəlləsinin, yaxud hər hansı bir mətnin, sənədin və s.-nin rəqəm və ya hərflə ayrılan kiçik hissəsi, maddəsi. 6. Bir yeri seldən, daşqından qorumaq, yaxud suyun (arxın, kanalın) kənara axmasının qabağını almaq üçün çəkilən sədd | |
Boğaz | coğr. Dənizin iki quru arasındakı dar hissəsi | |
Böyürtkən | tutabənzər meyvəsi olan yabanı kol bitkisi | |
Buxaq | insanın çənəsi ilə boğazı arasındakı hissə; çənəaltı |
C | Cəngəllik | sıx ağaclıq, kolluq, kol-kosluq; keçilməz qalın meşə, ya kolluq |
Ç | Çələng | gül və bitkilərdən dairə şəklində hörülmüş zinət, bəzək |
Çuğul | xəbərçi, xəbəraparan |
D | Demenoloji | müxtəlif miflərə verilmiş ümumi ad |
Dərviş | 1. Qapı-qapı gəzərək, yaxud meydançalarda adamları başına yığaraq peyğəmbərə, imamlara və Kərbəla hadisələrinə həsr olunmuş qəsidələri avazla oxuyub pul yığan adam. 2. Yoxsul, kasıb, fağır, yazıq mənasında |