Hər il sentyabrın on səkkizi ... bayramı kimi qeyd olunur. Çünki
həmin
gün Azərbaycanın iki görkəmli bəstəkarı Üzeyir Hacıbəyli ilə
Müslüm Maqo-
mayev anadan olub. Bu, adi bir
təsadüfdür, yoxsa
zərurət? Bu barədə heç nə
deyə bilmərik. Bircə onu deyə bilərik ki, hər iki sənətkarın
həyatın?da və
taleyin?də belə bənzəyiş
çoxdur. Dünyanın müxtəlif yerlərində, eyni ilin eyni
ayında və günündə dünyaya gələn Müslüm Maqomayevlə Üzeyir
Hacıbəyli
ömürləri boyu bütün işlərdə bir-birini tamamlamış və “təqib”
etmişlər.
Bütün işlərdə bir-birini “təqib” edən bu iki dost “rəqabət” apara-apara professional musiqi sənətimizin və Azərbaycan operasının bünövrəsini qoymuşlar.
Üzeyir Hacıbəyli kimi Müslüm Maqomayev də təbiətən sadə və zəhmətsevər idi. Çətin vaxtlarda Üzeyir bəy kimi gah inzibati işlərdən yapışır, gah teatrın orkestrində skripka çalır, gah da orkestrin dirijor pultu arxasında dayanırdı. Üzeyir