1. Mətni ədəbi tələffüz qaydalarına uyğun oxuyun.
Qədimdə belə bir rəvayət varmış
Ki, Mərv ölkəsində bir şah yaşarmış.
Bir neçə köpəyi zəncirləyərək,
Bəndlərdə saxlardı onları divtək.
İtlərdə əjdaha qüvvəti vardı,
Dəvənin boynunu qopararlardı.
Acıqlanan zaman şah bir nəfərə,
Atarmış yazığı quduz itlərə.
Şahın qəzəbinə düşsəydi hər kəs,
Köpəklər dağıdıb yeyərdi dinməz.
Şahın yaxın olan adamlarından
Ağıllı, kamallı bir nəfər cavan
2. Şəkillə məzmun arasında uyğunsuzluq varmı?