Bir gün Amit soyunun aslanı, Qonur atın yiyəsi, Uruz xanın ağası, Bayındır xanın kürəkəni, Qalın Oğuzun dayağı, igidlərin arxası Ulaş oğlu Salur Qazan yerindən durmuşdu. Doxsan otaqlı uca evlərini qara yer üzərində tikdirmişdi. Doxsan yerdə böyük ipək xalı döşətdirmişdi
O, qaba dizləri üstünə çökdü, dedi: Sözümü dinləyin səsimə səs verin, bəylər Yata-yata yanımız ağrıdı Dura-dura belimiz qurudu Duraq gedək a bəylər Ov ovlayaq quş quşlayaq sığın-keyik yıxaq qayıdıb otağımıza düşək yeyib-içək günümüzü xoş keçirək Oğlum Uruz üç yüz igidlə evimin keşiyində dursun