№ | İnvestisiya qoyula bilən sahələr | Hansı risklər ola bilər | ||
siyasi | iqtisadi | ekoloji | ||
1 | Mineral ehtiyatların çıxarılması | |||
2 | Yaşayış binalarının inşası |
Müasir iqtisadiyyatın tərkib hissələrindən biri investisiyadır. İnvestisiya - gəlir əldə etmək üçün qoyulan kapitaldır. O, maliyyə-pul, bank vəsaitləri, səhmlər, texnologiyalar, maşın və avadanlıqlar, kreditlər, intellektual sərvətlər və s. şəklində ola bilər. İnvestisiya eyni zamanda istehsala və əhali məşğulluğuna müsbət təsir göstərir. Məsələn, İmişlidə şəkər zavodunun tikintisinə ayrılan investisiya sonda əhalinin şəkərə olan tələbatının tamamilə ödənilməsinə, ölkənin şəkər idxalatçısından ixracatçıya çevrilməsinə imkan verdi, yeni iş yerləri yarandı, xammala olan tələbat fermer təsərrüfatlarının inkişafına səbəb oldu, şəkər çuğundurunun tullantısından alınan quş yemi quşçuluğun inkişafına şərait yaratdı.
İstehsal sahələrində köhnəlmiş maşın və avadanlıqların yenidən qurulması və dəyişdirilməsi üçün investisiya vasitəsi kimi lizinqdən də istifadə edilir. Lizinq pul formasında investisiya deyil, texniki avadanlıqların uzunmüddətli icarəsidir. Lizinq alan müəssisələr maliyyə vəsaitlərinə qənaət edir, rəqabət qabiliyyəti artır.
İnvestisiya dövlət, müəssisə, idarə, təşkilat, fiziki şəxslər və s. tərəfindən qoyula bilər. İnvestisiya qoyuluşu, əlbəttə, sərmayə qoyan (investor) üçün müəyyən dərəcədə risklə bağlıdır. Yerinə yetirilməsi nəzərdə tutulan layihə sərfəli olduqda investisiyalar gəlir gətirir. Əks halda ayrılan investisiya itirilə bilər.