4.5
SƏNAYE VƏ KƏND
TƏSƏRRÜFATININ MÜASİR VƏZİYYƏTİ
Dünya təsərrüfatında sənaye, kənd təsərrüfatı, xidmət sahələrinin
payının dəyişməsi
•
TƏDQİQAT İŞİ •
Xəritə-sxemləri təhlil edin.
Əhalinin sıxlığı xəritə-sxemi (ÇXR)
Təsərrüfat sahələrinin xəritə-sxemi (ÇXR)
Müzakirə edin və nəticə çıxarın:
- Urbanizasiya səviyyəsinin yüksəlməsi təsərrüfatın strukturunda hansı dəyişikliklərə səbəb olur?
- Dəyişikliklər hansı problemlərin yaranması ilə nəticələnir?
- Ölkənin şərq və qərb rayonlarının təsərrüfat strukturunda hansı fərqlər mövcuddur?
Təsərrüfat sürətlə inkişaf edir. Onun sahəvi tərkibi daim dəyişir. Təsərrüfatın
strukturunda sənayenin payı artır. Bu dəyişiklik bütün sahələrdə (əhalinin məskunlaşmasında,
şəhər və kənd əhalisinin payının dəyişməsində, ölkədaxili miqrasiyaların
axın istiqamətində, ölkə ərazisində nəqliyyat yollarının və digər xidmət
sahələrinin inkişaf səviyyəsinin müxtəlifliyində və s.) özünü göstərir. Xüsusilə bəzi
İEOÖ-lərdə təsərrüfatın ərazi üzrə yerləşməsində kəskin fərqlər - “sənayenin inkişaf
etdiyi mərkəz” və “geri qalmış əyalət modeli” yaranır.
Anqola.
Ölkənin paytaxtı
Luandanın
inkişaf səviyyəsi
əyalətlərdən
xeyli irəlidədir.