1.2
PRAKTİK DƏRS. CoĞRAFİ XƏRİTƏLƏRİN VİZUAL TƏHLİLİ
Coğrafi xəritələrin vizual təhlilini verilən ardıcıllıqla aparmaq mümkündür:
- xəritənin riyazi əsasını (miqyas və ərazinin coğrafi koordinatlarını)
müəyyən edin;
- xəritədə obyekt və hadisələrin təsvir olunduğu üsulu (xəritədə
təsvir üsulları) aydınlaşdırın;
- ərazinin ümumi coğrafi səciyyəsini verin;
- nəticə çıxarın.
n ü m u n ə 1
Quba-Xaçmaz iqtisadi rayonunun fiziki xəritəsinin vizual təhlili:
- Xəritənin miqyası 1: 2 200 000-dir. Quba-Xaçmaz iqtisadi rayonu Azərbaycan Respublikasının
şimal-şərq hissəsində 41-42° şm.e. ilə 48-49° ş.u. arasında yerləşir.
- Keyfiyyət-fon üsulu ilə tərtib edilmişdir.
- Xəzər dənizindən qərbə doğru getdikcə ovalıqlar dağətəyi düzənliklərlə, sonra isə iri dağ
sistemləri ilə əvəz olunur. İqtisadi rayonun ən alçaq nöqtəsinin mütləq hündürlüyü -27 m-dir.
Quba-Xaçmaz iqtisadi rayonunun qərb və cənub-qərb hissəsini tutan Böyük Qafqaz
dağları bir neçə iri silsilədən ibarətdir. Ən hündür silsilə - Baş Qafqazdır. Qusar maili
düzənliyi və Samur-Dəvəçi ovalığı əsas oroqrafik vahidlərdəndir. Ərazinin ən yüksək zirvəsi
olan Bazardüzünün mütləq hündürlüyü 4466 m-dir. Ərazidə Tufandağ, Şahdağ, Babadağ
zirvələri hündürlüyünə görə seçilir. Samur, Qusarçay, Qaraçay və s. iqtisadi rayonun
ən iri çaylarıdır. Samur-Abşeron kanalı buradan keçir.
- Rayon ərazisi, əsasən, dağlıq, qismən düzənliklərdən ibarətdir.