№ | Ərzaq məhsulları | 16-60 yaşında insanlar üçün, kq-la/il | Qiymət (AZN) |
1 | Un məhsulları (çörək və çörək məhsulları) | 136,8 | 0,50-1,00 |
2 | Kartof | 54,8 | 0,70-2,00 |
3 | Tərəvəz və bostan məhsulları | 97,2 | |
4 | Meyvə və giləmeyvələr | 38,0 | |
5 | Ət və ət məhsulları | 84,0 | |
6 | Süd və süd məhsulları | 223,6 | |
7 | Balıq və balıq məhsulları | 7,7 | |
8 | Yumurta (ədəd) | 240 | |
9 | Şəkər və qənnadı məmulatları | 16,9 | |
10 | Bitki yağı, marqarin və s. | 10,9 | |
11 | Kərə yağı | 7,0 | |
12 | Digər məhsullar | 4,7 |
İnsan öz orqanizminin normal və sağlam fəaliyyəti üçün müəyyən qədər ərzaq məhsulları qəbul etməli və gəlirlərinin müəyyən qismini ona xərcləməlidir. Dünya əhalisinin sayının çoxalması, sənayenin payının artması, təbii mühitin dəyişməsi, urbanizasiya səviyyəsinin yüksəlməsi ərzaq problemini son illər daha da kəskinləşdirmişdir. Ərzaq problemi - ərzaq məhsullarının istehsalı, bölgüsü və istehlakında mövcud olan çatışmazlıqlardır. Əhalinin ərzaqla təminatı probleminin həll edilməsinin bioloji, iqtisadi, sosial, eləcə də siyasi əhəmiyyəti vardır. Hazırda bəzi region və ölkələrdə ərzaq problemi ərzaq təhlükəsizliyi, yəni ərzaq çatışmazlığı təhlükəsi həddinə çatmışdır.