Tullantılar ətraf mühitin çirklənməsində mühüm problemlərdən biridir. Tullantılar 2 qrupa ayrılır.
Hazırda əhalinin məskunlaşdığı bütün ərazilərdə məişət və istehsalat tullantılarının həcmi təhlükəli həddə çatmışdır. Yerkürəsində nəhəng zibil yığınları yaranmışdır. Zibilliklər infeksion xəstəliklərin mənbəyidir. Zibil çürüyərək zəhərli maddəyə çevrilir, torpağa hopur və suya qarışır. Tullantılardan təhlükəli metan qazı ayrılır.
Zibil növləri | Məhvolma müddəti |
Qida tullantıları | 1 ay ərzində |
Kağız | 2 İlədək |
Taxta parçaları, konserv qutuları | 10 ilədək |