Konfransın gündəliyindəki istiqamətlərdən birini seçin, əlavə məlumat toplayın, nəticə və təkliflər verin, təqdimat hazırlayın.
Azərbaycan Respublikasının tarixi-coğrafi formalaşması. Azərbaycan
Respublikasının sahəsi 86,6
min km2, paytaxtı Bakı şəhəridir. Şimaldan cənuba 400 km, şərqdən qərbə
isə 500 km məsafədə uzanan ölkə 38°25' - 41°55' şimal enlikləri ilə 44°50' - 50°51' şərq
uzunluqları arasında yerləşir. Azərbaycan sərhədlərinin ümumi uzunluğu 3474 km, sahil xətlərinin
uzunluğu isə 825 km-dir.
Azərbaycan Cümhuriyyəti 1918-ci il mayın 28-də yaradılmışdır. Lakin dövlətimiz 23 ay yaşaya
bildi. 1920-ci ilin aprelində cümhuriyyət Sovet Rusiyası tərəfindən işğal edildi. 70 il əsarətdə
qalan xalqımız 1991-ci il oktyabrın 18-də yenidən müstəqillik əldə etdi.
Azərbaycan BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Türk
Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa
Yenidənqurma və inkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Kimyəvi Silahların
Qadağan edilməsi Təşkilatı və NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramının üzvüdür.