TERMİNLƏR LÜĞƏTİ
Alıcılıq qabiliyyəti - alına bilən mal və xidmətlərin sayı.
Anamorfoz xəritə - kompüter proqramının köməkliyi ilə hər hansı bir obyektin
dəyişdirilmiş kartoqrafik
təsviri.
Azad iqtisadi zona (AİZ) - ölkə ərazisinin digər yerlərdə qüvvədə olmayan xüsusi
güzəştlər və
stimullaşdırıcı qaydalar tətbiq edilmiş hissəsi, milli iqtisadi məkanın məhdud sahəsi.
Beynəlxalq maliyyə mərkəzləri (BMM) - maliyyə əməliyyatlarının (kreditlərin verilməsi,
valyuta
mübadiləsi,
qiymətli kağızlar və qızıl sövdələşmələri və s.) həyata keçirildiyi bankların vahid mərkəzdə cəmlənməsi.
Beynəlxalq iqtisadi inteqrasiya - ölkələrarası iqtisadi əməkdaşlığın ən yüksək
səviyyəyə
çıxarılması.
Beynəlxalq ticarət - dünya ölkələrinin xarici ticarətinin cəmi olan əmtəə-pul
münasibətləri sistemi.
Biotexnoloji inqilab - bitki, heyvan və mikroorqanizmlərin genetik kodlarını dəyişmək
yolu ilə təbii
şəraitdən asılılığı azaltmaq.
Bioloji ehtiyat - təbiətdəki bitkilər və canlılar aləmini əhatə edir.
Biokütlə - eyni növə və ya növlər qrupuna daxil olan canlıların, yaxud onların hamısının hər hansı sahə
vahidinə düşən ümumi kütləsi. Biokütlədən elektrik enerjisi və duru yanacaq istehsal etmək mümkündür.
Coğrafi informasiya sistemləri (CİS) - Yer səthinin hər hansı bir hissəsinə (qitə,
ölkə, şəhər, kənd
və s.)
aid informasiyanı emal etmək üçün vasitə kimi başa düşülür.
Dairəvi diaqram - bir sırada yerləşmiş qiymətləri əks etdirmək üçün cəmin nisbi
(faizlə ifadə
olunmuş) payı.
Dayanıqlı inkişaf - gələcək nəsillərin tələbatlarını ödəməyi təhlükə altında qoymadan
inkişaf kimi
qiymətləndirilir.
Daşqın - dənizdə, göldə, çayda suyun səviyyəsinin kəskin surətdə qalxması nəticəsində
ətraf
ərazilərin su
altında qalması.
Demoqrafik keçid - ölkə və regionlarda demoqrafik göstəricilərin - doğum,
ölüm və təbii artımın
səviyyəsinin
sosial-iqtisadi inkişafdan asılı olaraq dəyişməsi.
Diaqram - verilənləri qrafik formada təsvir etmək.
Dövri işsizlik - iqtisadi böhran keçirən ölkələr üçün səciyyəvidir. Belə ölkələrdə
əhalinin alıcılıq
qabiliyyəti kəskin şəkildə aşağı düşür, xidmət sahələrinə tələb azalır, nəticədə işçilər arasında
ixtisarlar
artır.
Ekosistem (yun. “oikos” - ev, yaşayış yeri, “systema” - birlik) -
bir-biri ilə və ətraf mühitlə sıx
qarşılıqlı əlaqədə olan növlərin əmələ gətirdikləri davamlı, öz-özünü tənzimləyən sistem.
Ekstensiv təsərrüfat - əkin sahələrinin genişləndirilməsi, heyvanların sayının
artırılmasıdır və
İEOÖ-lərə
xasdır.
Elmi-texniki inqilab - elm və texnikanın sürətli inkişafı nəticəsində istehsal gücünün
köklü və
keyfiyyətli
şəkildə dəyişməsi.
Elmi-texniki əməkdaşlıq - elmi tədqiqatlar üzrə birgə əməkdaşlıq əlaqələrinin
möhkəmləndirilməsi,
innovasiya
strukturu, texnologiyaların ötürülməsi üzrə layihələrin hazırlanması, reallaşdırılması və digər
məsələlər.
Etnos - mədəni irsin daşıyıcısı və yayılma arealından asılı olmayaraq eyni etnik
mənsubiyyətli (dil,
irq,
əxlaq və s. mədəniyyəti) insanların birliyi.
Etnogenez - etnoslarnn yaranması və yox olmasına qədər tarixi bir inkişaf dövrü.
Etnik birlik (yun. “etnos” - xalq) - insanlann milli əlamətlərinə görə
seçilən, tarixən formalaşan
qrupu.
Əhalinin həyat keyfiyyəti - maddi dəyərlərlə yanaşı, ekoloji, iqtisadi, mədəni və
sosial aspektlərin
də
nəzərə alınması.
Ərzaq problemi - ərzaq məhsullarının istehsalı, bölgüsü və istehlakında mövcud olan
çatışmazlıqlardır.
Ərzaq təhlükəsizliyi - hər bir insanın sağlam və məhsuldar həyat tərzi üçün ərzaqla kifayət qədər
təmin
edilməsi.
Əmək miqrasiyası - ölkələrdən işçi qüvvəsinin dünya miqrasiya dövriyyəsinə cəlb edilməsi.
Əmtəə - satış üçün istehsal olunmuş məhsul.
Friksion işsizlik - işçinin bir iş yerindən digərinə keçməsi. İş şəraiti işçini qane etmədiyi üçün o
öz
istəyi ilə iş yerini tərk edir və ona yeni iş yeri tapmaq üçün zaman tələb olunur. Yeni iş yeri tapana
qədər
həmin insan işsiz sayılır.
Geodemoqrafiya (coğrafi demoqrafiya) - ölkə və regionların demoqrafik və sosial-iqtisadi inkişafı
arasında
qarşılıqlı əlaqəni öyrənir.
Günəş kollektoru - termik günəş qurğularından istiliyi qəbul etmək üçün istifadə olunur.