İnzibati rayonlar | Seysmik aktivlik | Əhalinin sıxlığı |
Tektonik hərəkətlər Yer qabığının bütün inkişaf mərhələlərində müşahidə olunmuşdur. Qədimdə baş vermiş tektonik proseslər paleotektonik, Kaynozoy erasında yaranan, müasir dövrədək davam edən tektonik proseslər isə neotektonik adlanır.
Neotektonik proseslər litosfer tavalarının şaquli, eləcə də üfüqi hərəkəti ilə müşayiət olunur. Şaquli hərəkətlərə Himalay, Qafqaz, Krım, Karpat və And dağlarında rast gəlinir. Şimal dənizinin cənubunda və Meksika körfəzi sahillərində isə əksinə, enmə prosesləri baş verir.
Üfüqi hərəkətlər də şaquli hərəkətlər kimi tədricən baş verir. Litosfer tavaları astenosferin səthi ilə il ərzində bir neçə santimetr “sürüşərək” yerini dəyişir.