To= E/H (To-təminolunma,
E - ehtiyat, H - illik hasilat)
düsturundan istifadə edərək cədvəli tamamlayın:
Ölkələr | Kömür ehtiyatı, mlrd, ton |
İllik hasilat, mln. ton (2021) |
Təminolunma səviyyəsi, kömür ehtiyatının çatacağı illər |
Çin | 114 | 3902 | |
ABŞ | 237 | 485 | |
Rusiya | 157 | 399 | |
CAR | 30 | 248 | |
Avstraliya | 76 | 477 | |
AFR | 40 | 107 | |
Hindistan | 60 | 756 |
To = E/Ə (To-təminolunma, E-ehtiyat, Ə-əhalinin sayı) düsturundan istifadə edərək cədvəli tamamlayın:
Ölkələr | Neft ehtiyatı, mlrd, ton | Əhalinin sayı, mln. nəfər | Təminolunma səviyyəsi, adambaşına düşən neft ehtiyatının miqdarı (ton) |
Əlcəzair | 1,5 | 45 | |
Meksika | 1,5 | 130 |
Uzun geoloji dövr ərzində formalaşan mineral ehtiyatların xeyli hissəsini insanlar qısa zaman kəsiyində mənimsəmişlər. Dünya əhalisinin sayının artması və iqtisadiyyatın yüksək templə inkişafı mineral ehtiyatlara olan tələbatın çoxalmasına səbəb olmuşdur ki, bu da onların tükənməsinə gətirib çıxarmışdır. Mineral ehtiyatların hasilatının artması isə ətraf mühitin çirklənməsi, terrikonlanrın əmələ gəlməsi ilə nəticələnmişdir.
Mineral ehtiyatlar bərpa olunmayan təbii ehtiyatlardır; məsələn, neft, təbii qaz, daş kömür və s. yandırılarkən enerjiyə çevrilir. Onlardan bir daha istifadə etmək mümkün olmur. Bəzi mineral ehtiyatlar isə yenidən istifadə oluna bilir; məsələn, dəmir, qızıl, mis və s. filizlərdən alınan metaldan hazırlanan məhsul müəyyən vaxtdan sonra yenidən əridilir və başqa məhsul üçün istifadə olunur.
Qeyri-fıliz faydalı qazıntılar da bərpa olunmayan mineral ehtiyatlardır. Əhəngdaşı, qranit, bazalt, vulkan şüşələri və s. inşaatda istifadə edilir. Məişətdə gündəlik istifadə olunan adi duz da tükənən ehtiyatdır.