Əsasən, Avropa ölkələrində
hər il müşahidə olunan turşulu yağışlar insanların sağlamlığına ciddi təsir
edir, onlarda başağrısı, başgicəllənmə, ürəkbulanması, astma, allergik və ağciyər
xəstəliklərinin yaranmasına səbəb olur.
Refleksiya
Fikirləri tamamlayın və onların
düzgünlüyünü mətnə əsasən yoxlayın.
- Müasir dövrdə karbon qazının atmosferdə miqdarı kəskin surətdə artmışdır. Çünki...
- İnsanlarda başağrısı, ürəkbulanması, astma, allergik və ağciyər xəstəliklərinin sayı
son illər artmışdır. Buna səbəb ...
- Avropada turşulu yağışlar son illər daha da intensivləşmişdir. Buna səbəb ...
Öyrəndiklərinizi
TƏTBİQ EDİN
Problemlərin birinə dair təqdimat hazırlayın və nümayiş etdirin:
1. Ozon qatının nazikləşməsi. 2. Qlobal istiləşmə.
3. Turşulu yağışlar. 4. Səhralaşma.
Problemin yaranma səbəbi
Problemin insan sağlamlığına təsiri
Problemin həlli yolları
Problem
Öyrəndiklərinizi
YOXLAYIN
1. Səbəb-nəticə əlaqələrini müəyyən edin.
Sənaye müəssisələrindən
atmosferə zərərli
maddələrin atılması
Məişətdə istifadə olunan
suyun xlorlaşdırılması
Avtomobillərdən havaya
karbon qazının atılması
2. Cədvəli tamamlayın.
İnsan sağlamlığına təsir edən hadisələr |
Hansı xəstəliklər yarana bilər? |
Güclü şaxta |
|
Turşulu yağışlar |
|
Ultrabənövşəyi şüalar |
|
Dərsdən sonra.
LAYİHƏ: "Qlobal istiləşmənin Azərbaycanda təzahürü"
İnternet resurslarından istifadə etməklə qlobal istiləşmənin Azərbaycan ərazisində təzahürünə aid
məlumatları toplayaraq referat formasında təqdim edin.