2.7
Quru sularindan İstifadə
İnsanlar ən qədim zamanlardan su hövzələrinin sahillərində
məskunlaşmağa üstünlük vermişlər. Onlar çay və göl sularından
suvarma, gəmiçilik, duz istehsalı və balıqçılıq məqsədilə istifadə
etmişlər. Çaylar təsərrüfatın inkişafı üçün enerji mənbəyi rolunu
oynayır. Bulaq və yeraltı sular isə insanların içməli suya olan
tələbatını ödəyir.
• TƏDQİQAT
İŞİ •
Dünyada su ehtiyatlarından istifadəyə dair statistik göstəricilər arasında diaqram qurun və onu
təhlil edin.
Sudan istifadə |
Payı(%-lə) |
Kənd təsərrüfatı |
60 |
Sənaye |
30 |
Məişət və d. |
10 |
Müzakirə edin və nəticə çıxarın:
- Tərtib etdiyiniz "Sudan istifadə sahələri" diaqramı müxtəlif dövlətlərə tətbiq oluna bilərmi?
Fikrinizi əsaslandırın.
Quru sulan, xüsusilə çaylar çoxməqsədli istifadəsinə görə seçilir. Çaylar axdığı
dərə boyunca süxurları yuyur. Bu zaman dağ çaylarının dərələrində faydalı qazıntılarla
zəngin olan süxurlar aşınır, səpinti halında olan qızıl, platin, almaz və s.
minerallar üzə çıxır və suya qarışır. İnsanlar belə faydalı qazıntıları əldə etməyə daim
maraq göstərmişlər.
Geoloji cəhətdən daha qədim çay yataqlarında faydalı qazıntıların hasil edilməsinə
maraq müasir dövrdə də aktuallığını itirməyib.
• Bu maraqlıdır •
Əfsanələrə görə, cəsur yunan dənizçiləri (arqonavtlar) indiki Kolxida ovalığına
"əfsanəvi qızıl dəri" (runo) əldə etmək üçün gəlirdilər. Əslində,
"qızıl dəri" əfsanə deyildir. Böyük Qafqazdan başlayan çay dərələrində
suda səpinti halında qiymətli metal qırıntıları axırdı. İnsanlar onları
toplamaq üçün suyun axarı boyunca çayın dibinə və çayın sahili boyuca qoyun dərisi bərkidirlər.
Axın vaxtı suda olan metal qırıntıları yuna ilişir və qiymətli tapıntıya çevrilirdi.
Qədim zamanlarda "qızıl dəri"lər onlarca müharibələrə səbəb
olmuşdur.