2.8
Təhlükəlİ hİdrolojİ
hadİsələr və onlarla mübarİzə
Sunami- təbii fəlakətlər arasında miqyasına və vura biləcəyi ziyana görə
xüsusilə fərqlənir. Onlar, əsasən, seysmik zonalarda baş verir.
Çaylarda yaranan daşqın və sellər də böyük dağıntılar törədir. Azərbaycanın
xüsusilə Böyük Qafqaz çaylarında müşahidə olunan sellər
palçıqlı-daşlı və daşlı olur.
Dünyada baş verən hidroloji hadisələrin illər üzrə dəyişməsini təhlil edin.
Müzakirə edin və nəticə çıxarın:
- Təhlükəli hidroloji hadisələrin başvermə sayının artması hansı amillərlə izah oluna bilər?
Yer kürəsində baş verən hidroloji hadisələr (daşqın, sel, subasma və s.), adətən,
atmosfer və litosferdəki proseslərin təsiri ilə yaranır. Bu hadisələrin baş verməsində
təbii və antropogen amillər iştirak edir.
Onlar hər hansı bir təbii hadisənin nəticəsi və eyni zamanda digər bir hadisənin
səbəbi olduğuna görə təbiətdə geniş yayılmışdır.
Hidroloji hadisənin sxematik təsviri
LEYSAN YAĞIŞI:
iri damcılı,
qısamüddətli,
aramsız yağış.
ÇAYDA SUYUN SƏVİYYƏSİNİN QALXMASI:
sel,daşqın,subasma,
yeraltı suların
səviyyəsinin qalxması.
VURDUĞU ZİYANLAR:
torpaqların eroziyası, bitki
örtüyünün məhvi, nəqliyyat
infrastrukturunun dağılması,
yaşayış məntəqələrinin
su altında qalması,
əhalinin köçürülməsi.
Hidroloji hadisələrin növləri çoxdur. Okean və dənizlərdə baş verən təhlükəli
hidroloji hadisələrə sunamilər, gücü 5 baldan çox olan dalğalar, erkən buz örtüyünün
yaranması, hərəkətsiz qalın buz qatı, aysberqlərin yaranması və s. aiddir. Bu hadisələr
balıq ovuna, dəniz təsərrüfatına (neft və qazın hasilatı, duzun istehsalı və s.) və
dəniz nəqliyyatına mənfi təsir edir.