• TƏDQİQAT İŞİ •
Cədvəl əsasında dünyanın və Azər-
baycanın torpaq
fondunun struk-
turunu əks etdirən
dairəvi diaqram
qurun, torpaq fondunun
strukturunda üstün sahəni
müəyyən edin.
|
"Dünyanın va Azərbaycanın torpaq fondunun strukturu"
Qeyd: rəqəmlər yuvarlaqlaşdırılmışdır.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Müzakirə edin və nəticə çıxarın:
-
Azərbaycan və dünyanın torpaq fondunun strukturu
arasında hansı
fərqlər mövcuddur?
|
Dünyanın torpaq fondu - Antarktida və Qrenlandiya istisna olmaqla Yer kürəsinin bütövlükdə quru sahəsini əhatə edir. Torpaq universal təbii resursdur. Xüsusilə humusla zəngin olan münbit torpaqlar dünyada ərzaq və yoxsulluq probleminin həllinin açan hesab edilir. Torpaq ehtiyatları tükənən, lakin bərpa olunan ehtiyatlardır.
Torpaq fondunun strukturunda kənd təsərrüfatı təyinatlı torpaqlar, xüsusilə becərilən torpaqlar mühüm əhəmiyyətə malikdir. Bəşəriyyətin ərzaq məhsullarına olan tələbatının 90%-ə qədəri məhz bu torpaqlardan əkinçilik və heyvandarlıq istiqamətində istifadə edilməklə ödənilir.
Kənd təsərrüfatı təyinatlı torpaqlar Azərbaycan ərazisinin yarıdan çoxunu təşkil edir. Relyef və iqlim şəraitinin müxtəlifliyi ölkə ərazisində zəngin torpaq örtüyünün əmələ gəlməsinə və nəticədə çoxsahəli kənd təsərrüfatının inkişafına şərait yaradır.