• Bu maraqlıdır •
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının məlumatlarına görə, hazırda tropik meşələrin 40%-i qırılmışdır,
qalan meşə sahələri isə sürətlə məhv edilir. Bütün bunlardan əlavə,
hər il baş verən yanğınlar nəticəsində
geniş meşə massivləri yanaraq sıradan çıxır. Meşə yanğınları Avstraliya, Afrika,
Avropa və Asiyada müntəzəm olaraq baş verir. Bu yanğınlar nəticəsində təkcə
Afrikada il ərzində 80 mln. ton bitki örtüyü məhv olur.
Yanğına məruz qalmış şimal meşələrinin yenidən bərpası üçün 15-20 il, cənub
meşələrinin bərpası üçün isə 3-6 il vaxt tələb olunur.
Baş verən irimiqyaslı meşə yanğınları kosmik aerofotoşəkillər vasitəsilə
təhlil edilir, yanğından sonrakı küllüklərin konturları çəkilir, məhv olmuş
meşələrin sahəsi hesablanır.
Müasir dövrdə meşə və kimya sənayesi arasında əlaqə güclənmiş, “meşə-kimya” adlanan
yeni sənaye sahəsi yaranmışdır. Sellüloz-kağız, kanifol, skipidar və s. bu sahənin
məhsullarıdır.
Son illər kəsilən ağacların budaq, kök, kötük və s. hissələrindən istifadə daha da
sürətlənmişdir. Lakin İEÖ-lərdə hər 1000 m3 oduncaqdan 200 tona qədər kağız və
karton alınırsa, Afrika ölkələrində bu göstərici cəmi 13 ton təşkil edir.
Refleksiya
Fikirləri tamamlayın və onların
düzgünlüyünü mətnə əsasən yoxlayın.
- Meşələrin intensiv şəkildə qırılması müxtəlif problemlərin yaranmasına səbəb olur.
Çünki...
- İnkişaf etməkdə olan ölkələrdə meşə ehtiyatları daha sürətlə məhv edilir. Ona görə ki ...
- Son illər meşə və kimya sənayesinin əlaqəsi daha da güclənmişdir. Çünki...
Öyrəndiklərinizi
TƏTBİQ EDİN
Cədvəli tamamlayın.
Region |
Meşə sahələrinin azalması səbəbləri |
Avropa |
|
Asiya |
|
Afrika |
|
Şimali Amerika |
|
Cənubi Amerika |
|
Avstraliya |
|
Öyrəndiklərinizi
YOXLAYIN
Regionları meşələrin sahələrinin azalması üzrə düzün:
Avrasiya; Afrika; Şimali Amerika; Latın Amerikası; Avstraliya.
2. Mətndə olan müvafiq rəqəmlərdən istifadə edərək dünyada meşə ilə örtülü ərazilərin Yer
kürəsinin quru hissəsinin neçə faizini təşkil etdiyini hesablayın. Aldığınız nəticəni dairəvi diaqram
formasında təqdim edin.
Dərsdən sonra
LAYİHƏ:
"Dünyanın meşə fondu" layihəsində aşağıdakı mövzulardan birini seçin, tərtib etdiyiniz
plan əsasında təqdimat hazırlayın.
- Meşələrin həyat üçün əhəmiyyəti.
- Meşə qurşaqları və ehtiyatları.
- Meşələr təhlükədədir.
- Meşələrin tükənmə səbəbləri.
- Meşələrin qorunması üçün təkliflər.