3.1
Etnos və etnogenez
Cəmiyyətin inkişaf səviyyəsi tarix boyu regionlar üzrə müxtəlif olmuşdur.
Bu da regionlarda fərqli sivilizasiyaların yaranmasına, onların
zaman keçdikcə bir-birini əvəz etməsinə, bəzi sivilizasiyaların isə assimilyasiyaya
uğrayaraq tarixin səhifəsindən silinib getməsinə səbəb
olmuşdur. Buna baxmayaraq onların müəyyən izləri, maddi mədəniyyət
nümunələrinin bəzi qalıqları hələ də qalmışdır.
• TƏDQİQAT
İŞİ •
Etnos- eyni etnik mənsubiyyəti! (dil, mədəniyyət, əxlaq vəs.) insanların
birliyidir.
Etnoslar hər hansı coğrafi mühitdə və müəyyən tarixi dövr ərzində formalaşır.
Onlaryaranır, müəyyən dövrərzində mövcud olurlar, sonra bəşər tarixindən silinirlər.
- Xəritə-sxemdə verilən xətlərə
uyğun olan ərazilərdə
yaranmış etnosları yada
salın və cədvəli tamamlayın.
- Yeni etnosların yaranma xəritə-sxemi (hər bir xətt eyni
dövrdə yaranan müxtəlif etnosları əks etdirir)
Xətt/əsr |
Etnoslar |
1 (e.ə. XI əsr) |
|
II (e.ə. III əsr) |
|
III (I əsr) |
|
IV (VI əsr) |
|
V (XI əsr) |
|
Müzakirə edin və nəticə çıxarın:
- Etnosların yaranmasına və məhvinə nə səbəb ola bilər?
Yer kürəsinin əhalisi - irq, dil, din, maddi-mənəvi dəyərlər, mədəni irs və s.
xüsusiyyətlərinə
görə bir-birindən fərqlənir. Buna səbəb onların müxtəlif ərazilərdə
məskunlaşması və həmin mühitə uyğunlaşmasıdır. Lakin son dövrlərdə bəşəriyyət
üçün ümumi olan problemlər onları yaxınlaşdırmışdır. Qloballaşma prosesinin sürətlə
getdiyi müasir dövrdə artıq müxtəlif sivilizasiyaların assimilyasiyası baş verir ki,
bu proses də çox vaxt milli dəyərlərin itirilməsi ilə müşayiət olunur. Buna baxmayaraq
bəzi xalqlar hələ də özlərinəməxsus adət-ənənələrini (geyim, yemək, milli
bayramlar və s.), əxlaqi davranış keyfiyyətlərini qorumağa çalışırlar. Hər bir insan
bilik və bacarığı, mənəvi zənginliyi, daxili mədəniyyəti, digərlərinə olan hörmət və
ehtiramı ilə mənsub olduğu müəyyən bir etnosu təmsil edir.