3.4
Əmək ehtiyatlarinin əsas
göstərİcİlərİ
Əmək ehtiyatları - ictimai faydalı əməklə məşğul olmaq üçün zəruri fiziki inkişafa, əqli
qabiliyyət və biliyə malik olan əhali qrupudur. Əmək ehtiyatlarını əmək qabiliyyətli yaşda olan
əhali təşkil edir.
Əmək ehtiyatlarının bəzi kəmiyyət və keyfiyyət göstəricilərini müqayisə edin.
Kəmiyyət göstəriciləri:
- əmək qabiliyyətli əhalinin
ümumi sayı;
- yaş tərkibi;
- cins tərkibi.
Keyfiyyət göstəriciləri:
- sağlamlığı, fiziki iş qabiliyyəti;
- ümumi təhsil, peşə hazırlığı,ixtisas səviyyəsi.
Müzakirə edin və nəticə çıxarın:
- Cəmiyyətin inkişafının müasir mərhələsində əmək ehtiyatlarının hansı göstəriciləri daha
vacibdir?
Fikrinizi əsaslandırın.
Əmək ehtiyatlarının ən mühüm kəmiyyət göstəriciləri onların ümumi sayı və artım sürətidir. Dövlətlər əmək
ehtiyatlarının artım sürətinə görə bir-birindən fərqlənir. Bu, ilk növbədə, təbii artım və miqrasiyadan
asılıdır. Yüksək təbii artım və yaxud immiqrantlar əmək ehtiyatlarının sayının artmasına birbaşa təsir
edir.
Əmək ehtiyatlarının artımı faizlə və ya min nəfərlə ifadə olunur. Müxtəlif dövrlərin göstəricilərini
müqayisə edərək əmək ehtiyatlarının artım sürəti barədə nəticə çıxarmaq olar. Əmək ehtiyatlarının artım
sürəti yüksələ və ya azala bilər.
n ü m u n ə
2018-ci ildə Azərbaycanda əmək ehtiyatlarının sayı 6842 min nəfər, 2019-cu ildə 6894 min nəfər, 2020-ci
ildə isə 6940 min nəfər olmuşdur.
2018- 2019-cu ildə əmək ehtiyatlarının artımı aşağıdakı kimi hesablanır:
- əmək ehtiyatlarının artımı, min nəfərlə: 6894 - 6842 = 52 min nəfər;
- əmək ehtiyatlarının artımı (faizlə): 6842 - 100%;
52 - X%;
X = 52 x 100 : 6842 = 0,76 %.
2019- 2020-ci il ərzində əmək ehtiyatlarının artımı isə aşağıdakı kimi olmuşdur;
- əmək ehtiyatlarının artımı, min nəfərlə: 6940 - 6894 = 46 min nəfər;
- əmək ehtiyatlarının artımı (faizlə): 6894 - 100%;
46 - X %;
X = 46 x 100 : 6894 = 0,66%.
Alınan göstəricilərin müqayisəsi əmək ehtiyatlarının artım sürətini müqayisə etməyə imkan verir.
Nümunədə görünür ki, Azərbaycanda əmək ehtiyatları azalmağa doğrudur.