İnsanların həyat səviyyəsi bir çox amillərdən - sağlamlıq, maddi vəziyyət, mənzil və işlə təminat, təhsil almaq imkanları və s. asılıdır. Dünyada insanların həyat səviyyəsini müəyyən etmək üçün iki əsas göstərici - həyat şəraiti və həyat keyfiyyəti qəbul olunmuşdur.
Həyat şəraiti insanların maddi vəziyyətlərinin səviyyəsi ilə xarakterizə edilir. Onun müəyyən edilməsi üçün adambaşına düşən iqtisadi göstəricilərdən istifadə olunur. Əhalinin həyat keyfiyyəti isə maddi dəyərlərlə yanaşı, ekoloji, mədəni və sosial amillərin də nəzərə alınmasını tələb edir.
Ekoloji amillər |
İqtisadi amillər |
Mədəni amillər |
Sosial amillər |
ətraf mühitin vəziyyəti və ərazinin rekreasiya imkanları |
işsizliyin səviyyəsi, iş həftəsinin və iş saatlarının uzunluğu, ödənişli məzuniyyətin müddəti |
adambaşına çap
olunmuş nəşrlərin həcmi, iş yerində şərait, ali təhsilin səviyyəsi |
tibbi təminat, vətəndaşların təhlükəsizliyi, özünü realizə etmək imkanları, insan hüquqlarının qorunması |
Müxtəlif ölkələrdə insanların həyat səviyyəsini müəyyən etmək üçün BMT-nin İnkişaf Proqramı çərçivəsində hər il üçün İnsan İnkişaf İndeksi (İİİ) hesablanır. İİİ-nin əsas göstəriciləri - orta ömür müddəti, ÜDM-in adambaşına düşən həcmi və təhsil alanların sayıdır.