Nümunə | İşsizliyin səbəbləri |
qardaş | İxtisası üzrə iş yeri tapmır |
... | ... |
... | ... |
İşsizlik - ölkənin müəyyən əməkhaqqı müqabilində çalışmaq istəyən, lakin iş yeri tapa bilməyən əhalisinin mövcud halıdır. İqtisadi vəziyyətindən asılı olmayaraq işsizlik bütün ölkələrdə müşahidə olunur.
İşsizliyin növləri müxtəlifdir:friksion, struktur, dövri.
1. Friksion işsizlik - işçinin bir iş yerindən digərinə keçməsi ilə əlaqədardır. İş şəraiti işçini qane etmədiyi üçün o öz istəyi ilə iş yerini tərk edir və ona yeni iş yeri tapmaq üçün zaman tələb olunur. Yeni iş yeri tapana qədər həmin insan işsiz sayılır. İş yerləri barədə məlumatın azlığı iş axtarılmasına çox vaxt sərf olunmasına gətirib çıxarır.
2. Struktur işsizlik - ölkədə texnoloji inkişafın nəticəsində müəyyən bir sahə üzrə mütəxəssisə ehtiyacın azalması, digər ixtisasa isə artması nəticəsində yaranır. Struktur işsizlik ona gətirib çıxarır ki, xeyli sayda işsiz insan yeni peşələrə yiyələnir. Struktur işsizlikdən qaçmaq mümkün deyil, çünki iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyalar tətbiq edilir. Nəticədə xeyli sayda “lazımsız peşə sahiblərindən” ibarət işsizlər qrupu yaranır.
Friksion və struktur işsizliyi iqtisadçılar təbii işsizlik adlandırırlar. Ölkədə yalnız təbii işsizlik mövcud olarsa, bu, tam məşğulluq kimi qəbul edilir.
Tam məşğulluq - ölkədə işsizliyin tamamilə olmaması deyil, onun minimal səviyyədə mövcud olmasıdır. İşsizlik səviyyəsi müxtəlif ölkələrdə fərqlidir; məsələn, ABŞ-da təbii işsizlik 6,5-7%, Rusiyada 3-3,5%, Azərbaycanda isə 5%-dir.
3. Dövri işsizlik - təbii işsizliyə aid deyil. O, iqtisadı böhran keçirən ölkələr üçün səciyyəvidir. İqtisadi böhran xüsusilə orta və kiçik şirkətlərin bağlanmasına, müəssisələrin iş fəaliyyətinin müvəqqəti olaraq dayandırılmasına səbəb olur. Nəticədə işçilər öz iş yerlərindən məhrum olur. Belə olduğu halda əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşür, xidmət sahələrinə tələbat azalır, işçilər arasında ixtisarlar kəskin şəkildə artır.