19. XƏRİTƏ ÜZƏRİNDƏ KOORDİNATLARIN TƏYİN EDİLMƏSİ
Mühəndis Maneələri Sistemi bütün dövrlərdə mövcud olmuşdur. Ərazidə qurulan
mina-partlayış vasitələri, süni şəkildə yaradılan əngəllər, tikililərin və obyektlərin
dağıdılması mühəndis maneələri adlanır. Onlar düşməni itkiyə uğratmaq, irəliləməsini
ləngitmək, bütün silah növlərinin atəşi ilə ona zərbə vurmağa əlverişli şərait yaratmaq,
manevr etməsini məhdudlaşdırmaq və ya onları öz qoşunlarımız üçün əlverişli
istiqamətə yönəltmək məqsədi daşıyır.
Piyada əleyhinə qəlpəli və fuqas minalarının fərqini nədə görürsünüz?
Yer səthindəki nöqtələrin yerini həll edilən məsələnin xarakterindən və tələb
olunan dəqiqlikdən asılı olaraq müxtəlif koordinat sistemlərində təyin edirlər. Bu
dərsimizdə hərbi topoqrafiyada ən geniş tətbiq olunan coğrafi və düzbucaqlı
koordinat sistemləri ilə tanış olacağıq.
Yer səthindəki nöqtələrin yerinin bucaq koordinatları (enlik və uzunluq) ilə ifadə
edilməsi üsulunu astronom Hipparx (e.ə. 150–100-cü
illər) hazırlamışdır. XIX əsrin
sonlarına qədər dünya xəritələrində ekvator xətti sıfırıncı en dairəsi qəbul edilmişdisə
də, başlanğıc meridian ayrı-ayrı
ölkələrdə müxtəlif idi. 1884-cü
ildən bütün
ölkələr üçün Qrinviç meridianı başlanğıc götürülür.