Mülki müdafiə əhalini və xalq təsərrüfatını qəzaların, təbii fəlakətlərin nəticələrindən, habelə müasir qırğın vasitələrindən mühafizə etmək məqsədilə sülh və müharibə dövrlərində həyata keçirilən tədbirlərdən biridir.
Müasir silah və döyüş texnikalarının tətbiq olunduğu müharibələrdə ölkənin bütün ərazisi havadan basqına, sənaye, kənd təsərrüfatı obyektləri, energetika və nəqliyyat müəssisələri düşmən zərbəsinə məruz qala bilər.
Sülh dövründə mülki müdafiə tədbirləri kifayət qədərdir. Elmi-texniki tərəqqinin sürətlənməsi ilə əlaqədar olaraq istehsalatda texnika və texnoloji proseslər durmadan mürəkkəbləşir. Xalq təsərrüfatında zəhərlənmə, yanğın, partlayış təhlükəsi olan müəssisələrin sayı artır. Belə müəssisələrdə mürəkkəb texnoloji proseslər bəzən işçinin nəzarəti altından çıxır, nəticədə insanlar üçün təhlükə yaranır. Çernobıl, Fukusima Atom-Elektrik Stansiyaları, magistral neft və qaz kəmərləri, eləcə də digər obyektlərdə baş vermiş qəza və fəlakətlər bunu bir daha isbat edir. Müxtəlif təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün tələb olunan işlər də mülki müdafiənin vəzifələrində öz əksini tapmışdır.
Bunları aşağıdakı əsas qruplara ayırmaq olar:
Sənaye müəssisələri, idarə, təşkilat və tədris ocaqları mülki müdafiə işlərinin icra edilməsində mühüm rol oynayır. Mülki müdafiənin bütün vəzifələri praktiki olaraq məhz bu yerlərdə həyata keçirilir.