22. ƏHALİNİN MÜHAFİZƏSİNİN TƏŞKİLİ
Əhalinin mülki müdafiəyə ümumi hazırlığı müasir şəraitdən irəli gələn zərurətdir.
Hərbi münaqişələrin təhlükəsi, istehsalat qəzaları, təbii fəlakətlər ehtimalı
mövcud olduqca hər kəs mühafizə qaydalarını bilməli və mühafizə olunmağı
bacarmalıdır.
Müxtəlif növ fövqəladə hallar zamanı əhalinin mühafizəsi dedikdə nə başa
düşürsünüz?
Əhalinin mühafizəsi dövlətin idarəetmə orqanları və bütün əhali tərəfindən
aparılan tədbirlər sistemidir. Əsas məqsəd insanların zərər görməsinin qarşısını
almaq və zərərçəkmişlərin sayını minimuma endirməkdən ibarətdir.
Fövqəladə hallarda əhalinin mühafizəsini təmin etmək üçün aşağıdakı tədbirlər
görülməlidir:
ƏHALİNİN
MÜHAFİZƏSİNİN
TƏŞKİLİ
Əhalinin xəbərdar edilməsi
Əhalinin köçürülməsi
Radiasiya və kimyəvi zəhərlənmədən mühafizə
Bioloji yoluxmadan mühafizə
Mühafizə qurğularında yerləşmə
Xilasetmə və yaralılara ilk yardım
Əhalinin xəbərdar edilməsi
- Mərkəzləşdirilmiş respublika və ərazi avtomat xəbərdarlıq sistemləri əvvəlcədən
yaradılır və həmişə hazır vəziyyətdə saxlanılır;
- Ehtimal olunan fəlakətli daşqın zonalarında yerləşən təhlükəli müəssisələr
radiasiya və kimyəvi zəhərlənmə müşahidə və nəzarət sistemlərinə qoşulur;
- Radio, televiziya verilişləri və digər texniki informasiya vasitələrindən mərkəzləşdirilmiş
qaydada xəbərdarlıq üçün istifadə edilir.