Son bir əsr ərzində insanlar təbii mühiti əhəmiyyətli dərəcədə dəyişdirmişlər. Bu, ilk növbədə, dünya əhalisinin sayının artması ilə izah olunur. Hesablamalara görə, 2050-ci il üçün Yer kürəsində əhalinin sayı 10 milyarda çatacaq. Bu isə təbii resurslara (su, bitki və torpaq örtüyü, heyvanlar aləmi, istilik resursları və sair) tələbatın artmasına səbəb olacaq.
Sizcə, təbii fəlakətin nəticələri ərazilərə görə necə dəyişə bilər?
Təbii fəlakətlərin xüsusiyyət və miqdar baxımından artmasına əhalinin təhlükəli yerlərdə yaşayış məntəqələri salması da təsir göstərir.
Yer kürəsində təbii fəlakətlərin çoxalmasının səbəblərindən biri də qlobal iqlim dəyişikliyidir. Bu da Yer kürəsinin müxtəlif regionlarında havanın temperaturunun, küləyin, yağıntıların illik orta göstəricilərinin fərqli olması ilə nəticələnir.
Təbii fəlakət | Əsas göstəriciləri | Təsiredici amil və nəticələr |
zəlzələ | gücü və ya intensivliyi 12 bala qədər |
süxurun titrəməsi, çatlar, yanğınlar, partlayışlar, dağıntılar, insan tələfatı |
sel axını, sürüşmə | axının kütləsi, sürəti | daş-palçıq axını, insan tələfatı, maddi sərvətlərin məhvi |
güclü külək (qasırğa, burulğan) |
küləyin sürəti | küləyin gücü, maddi sərvətlərin məhvi, insan tələfatı |
buzlaşma, qar yağması |
yağıntıların miqdarı 12 saatda 20 mm-dən çox |
qar qalağının səviyyəsi, naqillərin qırılması, insan tələfatı |
toz fırtınası | küləyin sürəti | küləyin gücü, əkinlərin və münbit torpaqların məhvi |
daşqın | suyun səviyyəsinin qalxması |
qurunu su basması, dağıntılar, insan tələfatı |
sunami | dalğaların hündürlüyü və sürəti |
qurunu su basması, dağıntılar, insan tələfatı |