Dünyada həm təbii fəlakətlərin, həm də texnogen qəzaların artdığı bir zamanda fövqəladə halların qarşısının alınması, baş verə biləcək hadisələr zamanı təhlükəsizliyin təmin olunması hamını düşündürən mövzu olmalıdır. Hər bir vətəndaş özünü, ailəsini müdafiə etməyi, digər insanlara yardım göstərməyi bacarmalıdır. Bu məqsədlə əhalidə qəza və fəlakətlər zamanı qabaqlayıcı tədbirlərdə iştirak etmək və səriştəli davranmaq vərdişlərinin formalaşdırılması olduqca əhəmiyyətlidir.
Fövqəladə hallar üçün müəyyən olunmuş qaydalara biganəlik nə ilə nəticələnə bilər?