“Bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır”.
Kütləvi qırğın silahlarının törətdiyi fəsadların aradan qaldırılması təbii mənşəli dağıntıların aradan qaldırılmasından nə ilə fərqlənir?
Nüvə zədələnməsi ocağı nüvə partlayışının zədələyici amilləri nəticəsində saysız-hesabsız binalar, qurğular dağılan, yanğınlar və radioaktiv zəhərlənmə baş verən ərazidir. Burada mühafizə olunmayan əhali kütləvi surətdə zədələnə bilər.
Nüvə zədələnməsi ocağının ölçüləri, burada dağıntıların nəticəsi və tələfat nüvə sursatının gücü, partlayışın növü, yaşayış məntəqəsindəki tikililərin xüsusiyyətləri, yerin relyefi və s. faktorlardan asılı olur.
Dağıntıların ehtimal olunan xarakterini, aparılacaq xilasetmə işlərinin həcmini və şəraitini müəyyən etmək məqsədilə nüvə zədələnməsi ocağını dörd zonaya – tam, güclü, orta və zəif dağıntılar zonasına ayırırlar.
Zədələnmə ocağı sahəsinin 13%-ni tam, 10%-ni güclü, 15%-ni orta, 62%-ni zəif dağıntılar zonası təşkil edir.