Zəhərləyici və adi kimyəvi maddələri aşkar etmək üçün kimyəvi kəşfiyyat cihazlarından istifadə olunur. Müasir zəhərləyici maddələri hiss orqanları vasitəsilə aşkar etmək heç də həmişə mümkün deyil. Onların çoxunun iyi, rəngi, qıcıqlandırıcı xassələri yoxdur. Bir sıra maddələrin zəhərlilik dərəcəsi o qədər yüksəkdir ki, onları iyinə və ya qıcıqlandırıcı təsirinə görə aşkar etmək cəhdi zəhərlənmələrlə nəticələnə bilər.
Kimyəvi kəşfiyyat aparılmazsa, nə baş verər?
Müşahidə yolu ilə, yəni əşyanın səthindəki zəhərli maddənin damcılarına və ləkələrinə, yaratdığı buludun və zəhərlənmiş bitki yarpaqlarının rənginin dəyişməsinə görə onlardan bəzilərini təxmini olaraq aşkar etmək mümkündür.
Təyinatı və quruluşu. ВПХР (QKKC) qoşun kimyəvi kəşfiyyat cihazı havada, ərazidə, müxtəlif texnikaların (obyektlərin) səthində zəhərləyici maddələri (ZM) təyin etmək üçündür. O, havada, ərazidə, müxtəlif texnikaların (obyektlərin) səthində zarin, zoman, iprit, havada V-qazları, fosgen, difosgen, sianid turşusu, xlorsian tipli ZM-in mövcudluğunu müəyyən edir.