XTQ Azərbaycan Respublikasının ən yüksək döyüş hazırlığı qabiliyyətinə malik olub, dövlətin mənafeyini həm ölkənin daxilində, həm də dünyanın hər yerində qoruya biləcək çoxfunksiyalı bir qüvvədir.
XTQ dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikaları ilə təchiz edilmişdir. Vətən müharibəsi zamanı XTQ-nin işi haqlı olaraq fərqləndirilir. Onlar düşmənin çoxsaylı hədəflərini məhv etmiş, tapşırıqları qəhrəmanlıq və ustalıqla yerinə yetirmişlər.
Şuşanın azad olunması müharibənin ən parlaq səhifəsidir. Bu gün dünyanın aparıcı hərbi məktəblərində Şuşa əməliyyatı, Hadrut əməliyyatı və digər əməliyyatlar öyrənilir.