Hərbi hissəyə yeni gələn şəxsi heyət 14 gün ərzində ayrıca binada yerləşdirilir. Bu müddət ərzində tibbi müayinədən keçirilir, peyvənd edilir, onlara əyinlərinə uyğunlaşdırılmaqla geyim, ayaqqabı verilir. Şəxsi heyətlə məşğələlər keçirilir.
Müddətli xidmətə cəlb edilən hərbi qulluqçuları kazarmalarda yerləşdirirlər. Hər bir bölüyün yerləşdirilməsi üçün aşağıdakı otaqlar nəzərdə tutulur:
Şəxsi heyətin yataq otaqlarında yerləşdirilməsi üçün hər bir hərbi qulluqçuya 2,5–4 m2 hesabı ilə sahə ayrılır. Bununla bərabər, hər bir nəfərə düşən havanın həcmi 9–12 m3-dən az olmamalıdır.
Çarpayılar divardan 50 sm aralı, düz xətt boyunca yerləşdirilməlidir. Yataq otaqlarında çarpayıların yerləşdirilməsi bir və ya ikiyaruslu ola bilər.
Çarpayının yanındakı dolabçada tualet ləvazimatları, yaxalıqlar, cib dəsmalları, kitab-dəftər və digər xırda şəxsi istifadə əşyaları saxlanılır.
Kazarmada yerləşdirilən hərbi qulluqçuların yatağı adyal, döşəkağı, balışüzü, balış və döşəklərdən ibarət olmalıdır. Yataqlar eyni qaydada yığılmalıdır.