Hücumun atəş hazırlığının gedişində taqımın döyüş maşınları düşmənin görünən atəş nöqtələrini məhv etmək üçün ayrıla bilər.
Şəraitdən və döyüş tapşırığından asılı olaraq taqıma qumbaraatan, tank əleyhinə bölmə və digər atəş vasitələri verilir. Müstəqil tapşırıq yerinə yetirdikdə isə mühəndis bölməsi də ayrılır. Bu bölmə mühəndis kəşfiyyatının aparılması, maneələrdə keçidlərin açılması və s. üçün istifadə olunur.
Taqımın hücumuna aşağıdakı taktiki tapşırıqların ardıcıl yerinə yetirilməsi daxildir:
Dərinlikdən irəliləməklə hərəkətdən hücuma keçmə düşmənin hazırlıqsız müdafiəsinə bölmələrin hərəkətdən həmlə üçün döyüş düzülüşünə açılması ilə başlayır.
Bölmələrin mütəşəkkil irəliləməsi və düşmən üzərinə eyni vaxtda həmlə etməsinə nail olmaq üçün aşağıdakılar təyin edilir:
Taqım 300 m-ə qədər cəbhədə hücuma keçir. Taborun və ya bölüyün ehtiyatı olan taqıma hücumun gedişində hərəkətin istiqaməti və hərəkət qaydası göstərilir.