Birinci eşelon taqımı düşmən həmləyə keçəndə ona zərər vurmaq, həmləsini dəf etmək və dayaq məntəqəsini əldə saxlamaq üçün təyin olunur.
İkinci eşelon taqımı birinci eşelon taqımlarını atəşlə himayə edir, düşmənə itkilər verir, onun müdafiənin dərinliyinə və cinahlara yayılmasının qarşısını alır, müdafiənin dərinliyinə soxulmuş düşməni məhv edir.
Taborun (bölüyün) ehtiyatını təşkil edən motoatıcı taqım müdafiənin dərinliyinə soxulmuş düşmənin həmləsini dəf edir, birinci eşelon bölmələrini gücləndirir (dəyişdirir) və qəflətən ortaya çıxan tapşırıqları həll edir.
Motoatıcı taqıma dayaq məntəqəsi, atəş zolağı, əlavə atəş sektoru, bir-iki cəmləşmiş atəş sahəsi təyin olunur. Ehtiyat taqımına bundan başqa, bir-iki atəş həddi və hərəkət marşrutu göstərilə bilər.
Motoatıcı taqımın dayaq məntəqəsi cəbhə boyu 300 m-ə qədər (avtomobil
üzərində taqım 200
m-ə qədər), dərinliyi isə 200 m-ə qədər ola bilər. Onun
ölçülərinin ərazinin xüsusiyyətlərindən asılı olaraq artıb-azalması mümkündür.
Döyüş tapşırığından və ərazidən asılı olaraq taqımın manqalarının birinin döyüş mövqeyi dayaq məntəqəsinin dərinliyində 1-ci səngərin 100–200 m arxasında hazırlana bilər.