İşədüşmə prinsipinə görə piyada əleyhinə minalar aşağıdakı növlərə bölünür: basma təsirli (üzərinə basıldıqda mina işə düşür), dartılma təsirli (məftilin dartılması nəticəsində mina işə düşür), qırılma (kəsilmə) təsirli (insan ayağı ilişdikdə nazik məftilin qırılması nəticəsində mina işə düşür), seysmik təsirli (insanın hərəkəti zamanı torpağın titrəməsi nəticəsində mina işə düşür).
ПMД-6 (PMD-6) minası düşmənin canlı qüvvəsinə qarşı ərazini minalamaq üçün nəzərdə tutulmuşdur. Minanın gövdəsi taxtadandır və açılan qapağı var.
Tipi | Fuqas |
kütləsi | 460 qr |
partlayıcı maddənin (trotil) kütləsi | 200 qr |
uzunluğu | 190 mm |
eni | 90 mm |
hündürlüyü | 45 mm |
işə salınması üçün lazım olan qüvvə | 1–12 kq |