16. TANK ƏLEYHİNƏ MİNALAR
Minalı-partlayan maneələr mühəndis maneələrinin əsasını təşkil edir. Onlar mina
sahələri, mina qrupları və tək mina şəklində tətbiq olunur. Minalı-partlayan maneələr
tank və piyada əleyhinə minalardan, həmçinin atımlardan qurulur.
Tank əleyhinə minaların tətbiqini necə təsəvvür edirsiniz?
Tank əleyhinə minaların ərazini düşmənin tanklarına və digər döyüş texnikalarına
(özüyeriyən raket və artilleriya qurğularına, zirehli transportyorlara və
yük avtomobillərinə) qarşı minalamaq üçün nəzərdə tutulduğunu artıq 10-cu
sinifdə öyrənmisiniz.