QIZILGÜL OLMAYAYDI
(ixtisarla)
• I dərs
• MƏZMUN
ÜZRƏ İŞ
OXUYA HAZIRLAŞIN
Sualların üzərində düşünün, cavabları cədvəllərdə qeyd etdikdən
sonra fikir mübadiləsi və müzakirə aparın.
- Sovet hakimiyyəti illərində həyata keçirilən repressiya haqqında nə
bilirsiniz?
Repressiyanın həyata keçirildiyi
tarix
|
Repressiya haqqında bildiklərim
|
|
|
- Repressiya qurbanlarından kimləri tanıyırsınız?
Repressiya qurbanı olan söz sənətkarlarımız
|
|
Aşağıdakı qaydalara əməl etməklə əsərdən verilmiş parçanın məzmunu üzərində işləyin.
1.
Mətni bütövlükdə oxuyun (bunu fərqli formalarda həyata keçirə bilərsiniz).
2.
Kiçik qruplar yaradın, aşağıdakı tövsiyələrdən bəhrələnməklə suallar və onlara cavab
hazırlayn.
a) Məzmunun necə mənimsənildiyini aşkara çıxarmağa xidmət
edənlər (Kim? Nə? Harada? və s.).
b) Əsərin məzmununu şərh etməyə istiqamətləndirənlər (Bu əlaqələr
hansılardır? Bunun baş verəcəyi gözlənilirdimi? Hansı nəticəyə gəlmək olar? və s. )
c) Dəyərləndirməyə yönəldənlər (Nə üçün belə oldu? Başqa cür ola
bilərdimi? Hansı düşüncəyə səbəb olur? və s.).
d) Münasibət bildirməyə imkan yaradanlar (Ədalətlidirmi? Haqlı
saymaq olarmı? Bu səhvi bağışlamaq mümkündürmü? və s.).
3.
Əsərdən oxuduğunuz parça hansı milli-mənəvi dəyərlər barədə danışmağa imkan verir?
4.
Təqdimatlar etməklə qənaətlərinizi bölüşün və gəldiyiniz nəticələri
müzakirə edin.
Gecə qapım döyüldü.
Görəsən, kimdir gələn?!
- Kimsən?
- Mən!
Açdım qapını
Baxdım,
Baxdım...
Yox, tanımadım.
Vahimədən qorxan körpələr kimi
çəkildim addım-addım.
Bəlkə də, işıq azdı.
İllərin o tayından gələn
yorğun yolçunu
belə adi işıqda
tanımaq da olmazdı.
Başını qaldıranda
gözlərim bircə anlıq
gözlərinə sataşdı.
Elə bil kimsə birdən
köhnə, tanış kitabın
səhifəsini açdı.
Yenə qapandı kitab,
İndi qoçaqsan, buyur,
min bir varaq içindən
o bir səhifəni tap!
- Salam!
- Salam, buyurun!
Əynində nimdaş palto,
başında bir nimdaş şal -
nə ipəkdi, nə də yun.
Saçları ağ -
illərlə bağlı sandıqda qalıb
şəfəqini itirmiş
adicə gümüş kimi.
Gözlər - cüt qara ulduz -
quyuya düşmüş kimi...
-İzin verin, mən asım.
- Yox, yox!
Özüm asaram.
Özü asdı paltonu.
Sonra da aram-aram
otağa göz gəzdirdi.
Birdən üzümə baxdı,
dodaqları titrədi.
Elə bil
oyuncağı qırılmış
uşaq kimi
hıçqırıb
için-için
indi ağlayacaqdı.
Bir az keçdi, toxtadı.