Cəlil Məmmədquluzadə
(1869-1932)
"... Qələmin müqəddəs vəzifəsi xalqa xidmət etməkdir”.
CƏLİL MƏMMƏDQULUZADƏNİN HƏYATI,
YARADICILIQ YOLU
•ARAŞDIRMAYA
HAZIRLAŞIN
C.Məmmədquluzadə barədə bildiklərinizi yada salıb yığcam müzakirə
aparın. Aşağıdakı qaydalara əməl etməklə mətnin üzərində işləyin.
1.
Mətnkənarı sualların sayı qədər kiçik qruplar yaradılır. Qruplar onlara təklif edilmiş
sualın dərslikdəki cavabı ilə tanış olduqdan sonra
aşağıdakı işləri yerinə yetirirlər:
a) İlk mətnkənarı sualın cavabını əhatə edən mətni qrupun üzvü
ucadan və aydın şəkildə oxuyur.
b) Mətndəki əsas fikirləri ümumiləşdirərək bir neçə cümlə ilə ifadə edir.
c) Mətnə aid bir neçə sual verir. Cavablandırmada qrup üzvləri ilə
yanaşı, bütün sinif iştirak edir.
d) Səthi qavranılmış çətin məqamlara aydınlıq gətirməyə çalışır.
e) Mətnə daha nələri əlavə etməyin lazım olduğu barədə fikrini
bildirir.
2.
Sonrakı mətnkənarı sualların cavablarını da digər qrupların şagirdləri bu qayda ilə oxuduqdan sonra kiçik qrupların təqdimatları əsasında fikir mübadiləsi və müzakirə aparılır.
Ədibin həyat yolunun başlanğıcı
hansı cəhətləri ilə diqqəti cəlb
edir?
Qədim Naxçıvan şəhərində dünyaya göz açan
C.Məmmədquluzadənin ailəsi firavan yaşamasa
da, atası Məşədi Məmmədqulu övladının təhsil
almasına diqqət
yetirmiş, onu kiçik yaşlarından
mollaxanaya qoymuşdur. Mollaxana təhsili səmərəsiz olmamışdır; xatirələrindən, eləcə də əsərlərindən məlum olur ki, onun burada oxuması fars və ərəb
dillərini mənimsəməsinə, müsəlman Şərqi barədə təsəvvür qazanmasına
əhəmiyyətli təsir etmişdir. O, təhsilini Naxçıvan şəhər üçsinifli məktəbində davam etdirmişdir.