İlyas Əfəndiyev
(1914-1996)
Görkəmli sənətkar İlyas Əfəndiyevin ədəbi irsi öz məna
və əhəmiyyətini bu gün də qoruyub saxlayır, yeni-yeni
nəsillərin ədəbi-estetik, vətənpərvərlik, vətəndaşlıq
tərbiyəsində öz mühüm, nəcib və xeyirxah rolunu oynayır. O, həmvətənlərimizin humanist,
yaradıcı təbiətini, pak məhəbbət duyğularını həm nəsr, həm də
dram əsərlərində həyati konfliktlər, canlı xarakter əsasında yüksək sənətkarlıqla əks
etdirən bir yazıçı idi.
Məmməd Arif
İLYAS ƏFƏNDİYEVİN HƏYATI,
YARADICILIQ YOLU
•ARAŞDIRMAYA
HAZIRLAŞIN
İ.Əfəndiyev barədə bildiklərinizi yada salıb yığcam müzakirə aparın.
AŞAĞIDAKI QAYDALARA ƏMƏL ETMƏKLƏ MƏTNİN ÜZƏRİNDƏ İŞLƏYİN
1.
Mətnkənarı sualların sayı qədər kiçik qruplar yaradılır. Qruplar
onlara təklif edilmiş sualın dərslikdəki cavabı ilə tanış olduqdan
sonra aşağıdakı işləri yerinə yetirirlər:
a) İlk mətnkənarı sualın cavabını əhatə edən mətni qrupun üzvü
ucadan və aydın şəkildə oxuyur.
b) Mətndəki əsas fikirləri ümumiləşdirərək bir neçə cümlə ilə ifadə
edir.
c) Mətnə aid bir neçə sual verir. Cavablandırmada qrup üzvləri ilə
yanaşı, bütün sinif iştirak edir.
d) Səthi qavranılmış çətin məqamlara aydınlıq gətirməyə çalışır.
e) Mətnə daha nələri əlavə etməyin lazım olduğu barədə fikrini bildirir.
2.
Sonrakı mətnkənarı sualların cavablarını da digər qrupların
şagirdləri bu qayda ilə oxuduqdan sonra kiçik qrupların təqdimatları əsasında fikir mübadiləsi və müzakirə aparılır.
İlyas Məhəmməd oğlu Əfəndiyev Füzuli şəhərində tacir ailəsində anadan olmuşdur. Savadlı, incə zövq sahibi olan anası onda mütaliəyə güclü həvəs oyatmışdır. Qarabağda tanınmış bir nəslə
mənsub olan bu ailə Azərbaycanın "qırmızı ruslar” tərəfindən istilasından sonra repressiyaya məruz
qalmış, bütün mal-mülkləri müsadirə olunmuşdur. İ.Əfəndiyev orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə Füzulidə dil-ədəbiyyat
İlyas Əfəndiyevin həyat yolunun
başlanğıcı hansı cəhətləri ilə
diqqəti cəlb edir?
müəllimi kimi başlamışdır. İki il sonra Bakıya gəlmiş, Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuşdur. Atasının vəfatından sonra maddi vəziyyəti ağırlaşdığı üçün qiyabi təhsil almağa məcbur