XURŞİDBANU NATƏVAN
(ixtisarla)
• I dərs
• MƏZMUN
ÜZRƏ İŞ
OXUYA HAZIRLAŞIN
Sualların üzərində düşünün, cavablarını cədvəldə qeyd etdikdən sonra fikir mübadiləsi və
müzakirə aparın.
”Vətənpərvərlik” sözünün mənasını necə başa
düşürsünüz?
|
Sizcə, insanın vətənpərvərliyi hansı məqamlarda daha qabarıq üzə çıxır?
|
Vətənpərvər insanda hansı keyfiyyətlər olmalıdır?
|
|
|
|
Aşağıdakı qaydalara əməl etməklə əsərdən verilmiş parçanı oxuyun.
1.
Bir səhifə həcmində mətn rollar üzrə oxunur.
2.
Müəyyənləşdirilmiş cütlər mətni oxuyanlara növbə ilə suallar verir.
Cavablar cütləri qane etməsə, digər şagirdlərin cavabları dinlənilir.
3.
Cütlər və mətni oxuyanlar əvəz edilir, sonrakı səhifələrin oxusu da
bu qayda ilə davam etdirilir.
4.
Nəzərdə tutulan parçanın oxusu başa çatdırıldıqdan sonra seçilmiş
hissələrin məzmununu bir neçə şagird yaradıcı nağıl edir.
• Unutmayın:
Suallar əsərdəki məlumatların hansı səviyyədə öyrənildiyini, əsas fikirlərin necə başa
düşüldüyünü, nə cür nəticələrin çıxarıldığını aydınlaşdırmağa imkan yaratmalıdır.
İştirak edirlər:
Xurşidbanu Natəvan
Canişin
Knyaz Xasay
Seyid Hüseyn
Hidayət xan
Mirzə Ruhullah
Nəvvab
Mamayı
Ter Vahan
Qoca knyaz
Daşdəmir
Zahir bəy
Bəyim
Kor kamançaçı
Təhminə
Şahmar
Möhnət
Fərəc bəy
Qala rəisi
Mixaylov
Şahzadə
Məliküldövlə
Muradal
BİRİNCİ PƏRDƏ
Birinci şəkil
Qafqaz canişininin malikanəsi. Pərdə açılanda geniş otaqda Xurşidbanu ilə
Mirzə Ruhullah sükut içində dayanıb zala baxırlar. Knyaz Xasay itiaddımlarla
gəlib Xurşidbanunun qarşısında dayanır.
K n y a z X a s a y. Canişin cənabları indi buyurub sizi dinləyəcəklər,
Banu
bəyim.
X u r ş i d b a n u. Təşəkkür edirəm, knyaz.