İsmayıl Şıxlı
(1919-1995)
Azərbaycan ədəbiyyatının XX əsrdə yetişdirdiyi ən görkəmli şəxsiyyətlərdən biri olan
İsmayıl Şıxlı haqqında
düşünərkən hər bir azərbaycanlının ağlına "müəllim”, "mütəfəkkir”, "milli yazıçı”,
"mərdlik” kimi anlayışlar gəlir.
Azərbaycan ədəbiyyatının şah əsərləri sırasında dayanan
“Dəli Kür”ə, yazıçının son sözü kimi deyilmiş "Ölən dünyam”a qədər İsmayıl Şıxlının
yaratdığı əsərlər nə qədər
mükəmməl olsa da, böyük mütəfəkkir yazıçının ən mükəmməl əsəri onun heç zaman
unudulmayacaq tarixi şəxsiyyətidir.
Nizami Cəfərov
İSMAYIL ŞIXLININ HƏYATI,
YARADICILIQ YOLU
•ARAŞDIRMAYA
HAZIRLAŞIN
1.
İ.Şıxlı haqqında bildiklərinizi yada salıb yığcam müzakirə
aparın.
2.
Mətni fərdi olaraq oxuyun, məlumatları aşağıdakı işarələrlə
nişanlayıb qruplaşdırın:
+ tanış
olan məlumatlar;
əvvəl öyrənilmiş bilik və məlumatlara zidd olanlar;
! maraqlı
və yeni olan məlumatlar;
?
açıqlanmasına, daha əhatəli öyrənilməsinə ehtiyac duyulan
məlumatlar.
3.
Gəldiyiniz nəticəni aşağıdakı cədvəldə qısaca yazın.
+ |
|
! |
? |
Bilirdim |
Bildiklərimə ziddi |
Mənim üçün yeni və maraqlı məlumatdır |
Bu barədə daha çox bilmək istəyirəm |
|
|
|
|
4.
Kiçik qruplarda birləşərək fikir mübadiləsi və müzakirə aparın.
İsmayıl Şıxlı Qazax rayonunun İkinci Şıxlı
kəndində anadan olmuşdur. O, qonşu Kosalar
kənd məktəbində təhsil almış, oranı bitirdikdən sonra, 1934-cü ildə yaşı az olduğu üçün xususi imtahanla Qazaxdakı Pedaqoji Texnikuma daxil olmuşdur.
İ.Şıxlının həyat yolu üçün daha
səciyyəvi olanlar nədir?
Buradakı ədəbi
mühit onda bədii yaradıcılığa maraq oyatmış, ədəbiyyat dərnəyində fəal iştirak
edərək ilk şeirlərini yazmışdır. 1937-ci ildə texnikumda keçirilən tədbirdə
S.Vurğunun çıxışını dinləməsi, onunla tanış olması İ.Şıxlıda dərin təəssürat yaratmış, gələcək həyat yolunun müəyyənləşməsində böyük rol oynamışdır.