OXUYA HAZIRLAŞIN
Sualların üzərində düşünün, cavablarınızı cədvəldə qeyd
etdikdən sonra fikir mübadiləsi və müzakirə aparın.
Güclü xarakter
dedikdə nə başa düşürsünüz
|
Güclü xarakterli insan olmaq üçün nə etmək lazımdır? |
Sizcə, güclü xarakter hansı hallarda daha önəmli olur?
|
|
|
|
1.
Əsərdən verilmiş birinci hissəni oxuyun. Tapşırıqları fərdi
olaraq yerinə yetirin.
a) Mənasını aydınlaşdırdığınız
sözlərin alınma, yaxud dilimizə aid olduğunu əsaslandırın.
Tanış olmayan sözlər |
Mənası |
Öz sözümüzdü |
Alınma sözdür |
|
|
|
|
b) Seçdiyiniz məcazların növünü
dəqiqləşdirin. Onları daha maraqlı hesab etməyinizə səbəb nədir?
Əsərdən seçilmiş məcazlar |
Məcazların növü |
Onları maraqlı hesab etməyimin səbəbi |
|
|
|
c) Oxuduğunuz parçalarda diqqətinizi
daha çox cəlb edən məsələləri ikihissəli gündəlikdə yazın.
Əsərdə diqqətimi cəlb edənlər |
Bunun səbəbi |
|
|
2.
Suallara cavab hazırlayın:
a) Zərnigar xanım nə üçün kədərli
idi? O ağlamasının səbəbini Şamxala necə izah etdi?
b) Anasının sözləri Şamxala necə təsir etdi? O hansı qərara
gəldi?
c) Cahandar ağanın silahdan atəş açması evdəkilərə necə təsir
etdi?
d) Bu səhnədə Cahandar ağanın
nitqində, davranışında diqqətinizi daha çox nə cəlb etdi?
e) Şamxal atası ilə dava-dalaşdan sonra nə qərara gəldi?
ə) Mələyin qaçırılması Allahyara necə təsir etdi?
f) Oxuduğunuz parçalar hansı mənəvi
dəyərlər barədə danışmağa imkan verir?
3.
Doğru hesab etdiyiniz fikirləri müəyyənləşdirin və onlara münasibət bildirin:
a) Cahandar ağa sərt, ötkəmdir.
b) Mələyin qaçırılması ailə həyatının nizamını pozur.
c) Atası Şamxalı həmişə sərt şəkildə cəzalandırmışdı.
d) Zərnigar xanım Mələyin günü gətirilməsini laqeydliklə qarşılayır.
e) Zərnigar xanımın Mələklə əvvəldən ədavəti var idi.
4.
Kiçik qruplar yaradaraq cavablarınızı dəqiqləşdirin və ümumiləşdirin.
5.
Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.