Publisistik yaradıcılığını sovet hakimiyyəti illərində davam etdirən ədib
tərəqqi, inkişaf naminə nöqsanları tənqid yolunu davam etdirmiş, beynəlxalq
mövzuda da kəsərli felyetonlar yazmışdır.
• EVDƏ İŞ
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1.
Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlumat əsasında
zənginləşdirin və tamamlayın.
2.
Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə etməyə çalışın:
a) C.Məmmədquluzadənin nəsr və dramatik əsərləri üçün ortaq olan cəhətlər hansılardır?
№
|
Müqayisə olunanlar
|
Onların oxşar cəhətləri
|
|
|
|
|
|
|
|
|
|
|
b) Yazıçının publisistik və bədii yaradıcılığı hansı cəhətlərə görə müqayisə oluna bilər?
3.
Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
1.
C.Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. I cild, Bakı: Öndər, 2004,
səh. 6-8; 13-14; 17-18; 22-23.
ANAMIN KİTABI
(ixtisarla)
• I dərs
• MƏZMUN
ÜZRƏ İŞ
OXUYA HAZIRLAŞIN
Sualların üzərində düşünün, cavablarını cədvəldə qeyd etdikdən sonra
fikir mübadiləsi və müzakirə aparın.
- "Milli birlik” nə deməkdir?
- Sizcə, milli birlik hansı hallarda daha önəmli olur?
- Milli birliyə necə nail olmaq mümkündür?
"Milli birlik” nə
deməkdir?
|
Sizcə, milli birlik hansı
hallarda daha önəmli
olur?
|
Milli birliyə necə
nail olmaq mümkündür?
|
|
|
|
Aşağıdakı qaydalara əməl etməklə əsərdən verilmiş parçanı oxuyun.
1. Bir səhifə həcmində mətn rollar üzrə oxunur.
2. Müəyyənləşdirilmiş cütlər mətni oxuyanlara növbə ilə suallar verir.
Cavablar cütləri qane etməsə, digər şagirdlərin cavabları dinlənilir.
3. Cütlər və mətni oxuyanlar əvəz edilir, sonrakı səhifələrin oxusu da
bu qayda ilə davam etdirilir.
4. Nəzərdə tutulan parçanın oxusu başa çatdırıldıqdan sonra seçilmiş
hissələrin məzmununu bir neçə şagird yığcam nağıl edir.
• Unutmayın:
Suallar əsərdəki məlumatların hansı səviyyədə öyrənildiyini, əsas fikirlərin necə başa düşüldüyünü, nə cür nəticələrin çıxarıldığını aydınlaşdırmağa imkan yaratmalıdır.