Müstəqillik dövrü çoxmetodlu azərbaycan
ədəbiyyatı
(1991-ci ildən bu günə qədər)
•ARAŞDIRMAYA
HAZIRLAŞIN
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı haqqında bildiklərinizi yada
salıb yığcam müzakirə aparın. BİBÖ cədvəlinin ilk iki sütununda müvafiq qeydlər edin.
Bilirik
|
Bilmək istəyirik
|
Öyrəndik
|
|
|
|
1.
Mətni oxuyun, tapşırıqları fərdi olaraq yerinə yetirin.
2.
Mətnkənarı sualların cavablarını ümumiləşdirib yazın.
Mətnkənarı suallar
|
Onların ümumiləşdirilmiş cavabı
|
|
|
3.
Oxu zamanı sizi düşündürən sualları qeyd edin. Cavabları müzakirədə dəqiqləşdirib yazın.
Məni düşündürən suallar
|
Onların cavabı
|
|
|
4.
Venn diaqramından istifadə etməklə sovet dövrü və müstəqillik
dövrü ədəbiyyatımızın başlıca xüsusiyyətlərini müqayisə edin.
5.
Aşağıdakı fikirlərin üzərində düşünün. Müzakirədə onlara
münasibət bildirin.
- Keçmişdə yazıb-yaradan alimlərimiz, yazıçılarımız, şairlərimiz,
bəstəkarlarımız böyük bir irs qoyub getmişlər. İndiki nəslin borcudur
ki, bunların əsasında elmimizi, mədəniyyətimizi inkişaf etdirsin.
(Ümummilli lider Heydər Əliyev)
- İstiqlala çağırış, milli müstəqillik dəyərlərinin, azad Azərbaycan idealının tərənnümü və
ideal uğrunda mübarizənin təsviri 70 illik qadağalardan sonra yeni dövr ədəbiyyatının təməl
daşlarını təşkil etmişdir.
(İsa Həbibbəyli)
6.
Kiçik qruplarda birləşərək fikirlərinizi dəqiqləşdirib ümumiləşdirin.
7.
Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın. BİBÖ
cədvəlinin sonuncu sütununda müvafiq qeydlər edin.
Müstəqillik dövrü ədəbiyyatımızın birinci mərhələsi üçün daha
səciyyəvi olanlar nədir?
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı söz
sənətimizin çoxəsrlik inkişafı yolunda mühüm
tarixi hadisə və xüsusi ədəbi mərhələdir. Bu dövr
ədəbiyyatımız iki mərhələni əhatə edir:
1 .Müstəqillikaxtarışları və yeni dövrün ədəbiyyatının formalaşması;
2 . Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının inkişaf edib möhkəmlənməsi.